Ansar Lizinq şirkətinin nümayəndəsi «Rusiya və MDB ölkələrində İslam Maliyyəsi - Bazar və Tənzimləmə vasitələri» mövzusunda dəyirmi masada iştirak etmişdir.

01.03.2011

Ansar Lizinq şirkətinin nümayəndəsi «Rusiya və MDB ölkələrində İslam Maliyyəsi - Bazar və Tənzimləmə vasitələri» mövzusunda dəyirmi masada iştirak etmişdir.

Dəyirmi masa 1 mart 2011-ci il tarixində İstanbulda (Türkiyə) keçirilmişdi və 14 ölkədən 49 iştirakçıya ev sahibliyi etmişdi. Tədbir Rusiya və MDB rəsmiləri və İslam Maliyyəsinin yaradılmış və təsdiq edilmiş ölkələrdə ortaqları olan bazar iştirakçılarını bir araya gətirmişdir. Dəyirmi masa İslam İnkişaf Qrupunun üzvü (Səudiyyə Ərəbistanı) olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İİK) tərəfindən birgə Bank Konfransı MMC (Rusiya) tərəfindən təşkil edilmişdir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru və İdarəedici direktoru cənab Xalid əl-Əbudi açılış nitqində Moskvada dünya maliyyə mərkəzinin yaradılması ilə bağlı Rusiya Federasiyasının Prezidenti və hökumətinin təşəbbüslərini dəstəklədiyini bildirmişdir və qeyd etmişdir ki, 57 ölkənin daxil olduğu İslam Konfransı Təşkilatının (İKT) aparıcı qurumları İİK və İİB, Rusiya maliyyə sisteminin inkişafına öz töhfəsini verməyə hazırdır. Tədbir zamanı dəyirmi masa iştirakçıları ikitərəfli əməkdaşlıq yollarını müzakirə etmişdirlər.

Lizinq obyektləri
Kənd təsərrüfatı
Tikinti
Səhiyyə
Nəqliyyat
Sənaye
Bütün haqqları qorunur © 2012 Ansar Leasing
Valid XHTML 1.0 Transitional
Valid CSS!