Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası “Azərbaycan Lizinq Şirkəti” MMC-nin (Ansar Leasing) 100% pay sahibidir.

İslam İnkişaf Bankı qrupunun üzvü olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası çoxtərəfli bir quruluşdur. Qurumun hissədarlarını İslam İnkişaf Bankı, 45 üzv İslam ölkəsi və üzv ölkələrdən olan 5 ictimai maliyyə qrupu təşkil edir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İslam İnkişaf Bankı idarə heyəti tərəfindən 1999-cu ilin Noyabr ayında Ciddə şəhərində keçirilən növbəti illik görüş zamanı yaradılmışdır. Qurumun baş ofisi Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində yerləşir.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının məqsədi üzv ölkələrdə özəl sektor layihələrinin maliyyələşdirilməsi yolu ilə özəl sektorun inkişafına təkan vermək və bununla da həmin ölkələrin ümumilikdə iqtisadi inkişafına dəstək olmaqdır. Layihələrin maliyyələşdirilməsi Şəriət prinsiplərinə uyğun olaraq həyata keçirilir. Bunun xaricində, qurum özəl biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və modernləşdirilməsi üzrə dövlət quruluşlarına və özəl şirkətlərə məsləhət xidmətləri də göstərir.

Qurum tərəfindən maliyyələşdirilən layihələr, layihənin iqtisadiyyatın inkişafına verəcəyi töhfələr əsas götürülərək seçilir. Bu zaman ölkədə məşğulluğun artması, ixrac imkanlarının artırılması kimi iqtisadi faktorlar nəzərə alınır. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası layihələrinin maliyyələşdirilməsinə kənar maliyyə mənbələrini də cəlb edir; özəl biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və modernləşdirilməsi, maliyyə bazarının inkişafı, idarəetmənin yaxşılaşdırılması, bazar iqtisadiyyatının rolunun artırılması üzrə dövlət və özəl sektor quruluşlarına məsləhətlər verir. Qurum əlavə olaraq, İslam İnkişaf Bankının üzv ölkələrdəki fəaliyyətlərinə yardım edir.

Lizinq obyektləri
Kənd təsərrüfatı
Tikinti
Səhiyyə
Nəqliyyat
Sənaye
Bütün haqqları qorunur © 2017 Ansar Leasing
Valid XHTML 1.0 Transitional
Valid CSS!